Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Aprel

2021
11:51
`O, mənim qızım yerindədir` - Hüseynbala Mirələmov

Xəbər verdiyimiz kimi, sabiq deputat Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılandan sonra o, ADNSU-da Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri və YAP Xətai rayon təşkilatının sədri vəzifəsindən azad edilib.

Sözügedən video ilə bağlı sabiq millət vəkili Unikal.org-a müsahibə verib:

- Hüseynbala müəllim, necəsiniz?

- Babatam.

- Məlum video ilə bağlı nə deyə bilərsiniz?

- Həyatdır, oldu keçdi. Ümumiyyətlə, yanvar ayında olan hadisəni indi qabartmaqda məqsəd nədir? Yəqin ki, şantajdır. Mən heç kimi qınamıram. Yeganə təsəllim odur ki, insanlara əzab verən, onlara zülm edən adamların cəzasını Allah verəcək. Bu tip videoların yayılması ilə biz cəmiyyətin əxlaqını pozuruq. Həyatda belə insanlar var ki, alçaqlıq edirlər. Qoy onların cəzasını Allah özü versin.

- Hüseynbala müəllim, videodakı xanımla hər hansı əlaqəniz olub?

- Ay qardaş, nə danışırsan? O, mənim qızım yerindədir. Ayıbdır, sadəcə ayıbdır. İnsanlar sosial şəbəkədən əl çəkmirlər, amma təəssüflər olsun ki, bir dənə kitab oxumurlar. Ancaq işləri-gücləri feysbukda onu-bunu lağa qoymaqdır.

Deputat dostlarım da məni tənqid ediblər, etsinlər, sağ olsunlar. Mən heç kimi qınamıram. Bizim partiyamız da çox düzgün qərar verdi. Bu, partiyamızın nüfuzuna xələl gətirə bilərdi deyə, mən YAP-dan uzaqlaşdırıldım.

- Hüseynbala müəllim, həmin video yayılanda hansı hissləri keçirdiniz?

- (Sükut çökür və bir qədər sonra) O hissləri sözlə ifadə etmək mümkün deyil. Ümumiyyətlə, bu, şantaj xarakterli idi. Məni şantaj etdilər. Bu, universitetdə konfrans zamanı olub. Videonu yayan adamlar tapılmalıdır.

Məqalədə : Hüseynbala Mirələmov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
85

Neft yenidən ucuzlaşıb

14

May
09:45
DÜNYA
296

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
577
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-05-2021 12:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru