Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2020
11:44
`Nəsimi bazarı sökülür?` - VİDEO

Bir müddətdir Bakının Nəsimi rayonunda yerləşən “Nəsimi bazarı”nın sökülməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatlarda bazarın bir hissəsinin hələ fəaliyyət göstərməsinə baxmayaraq, söküntünün ərazinin örtülü hissəsində aparıldığı qeyd edilib.

Bazarın səlahiyyətli nümayəndəsi Vaqif Adıgözəlov “Report”a bildirib ki, bazarın sökülməsi barədə deyilənlər düzgün deyil:

“Koronavirus xətəliyi ilə əlaqədar ərazidə olan paltar satış yerləri bir-birinə yaxın idi və araları çadırlarla kəsilmişdi. Karantin vaxtı satıcıların çoxu da işə çıxmırdı. Həmin vaxt boş əraziləri yanğından və vurusdan qorumaq üçün çadırları və digər şeyləri söküb təmizləydik. Bazar bağlanmayıb, öz fəaliyyətin davam etdirir. Təmizlənmə işləri təxminən 200 kv metr ərazini əhatə edir. Hər həftə üç dəfə bazarda dezinfeksiya işləri aparılır".

Qeyd edək ki, iyunun 18-də "Nəsimi Bazarı" ASC-in səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə "Nəsimi Bazarı"nın 2019-cu il üçün maliyyə hesabatının müzakirə edilməsi, səhmdar cəmiyyətinin İdarə heyəti üzvlərinin seçilməsi, təmir-tikinti işləri ilə əlaqədar bazarın fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması və digər məsələlər daxildir.

Məqalədə : Nəsimi bazarı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
358

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
648
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 13:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru