Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2021
09:58
`Neftçi` 9-cu dəfə ölkə çempionu oldu

Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə yekun vurulub.

Sonuncu-28-ci turun oyunları eyni gündə keçirilib. Son turda çempionatın qalibi bəlli olub. Lider "Qarabağ" səfərdə ikinci pillədəki "Neftçi" ilə qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn Bakı təmsilçisi Ağdam klubunu turnir cədvəlində geridə qoyub və tarixində 9-cu dəfə ölkə çempionu adına yiyələnib. Beləliklə, "Qarabağ"ın Premyer Liqadakı 7 illik hegemonluğuna son qoyulub.

"Neftçi" futbol tariximizdə ən çox - 9 dəfə çempion olan komanda olub.

"Neftçi" ölkəmizi Çempionlar Liqasında, "Qarabağ" isə Konfrans Liqasında təmsil edəcək.

Bürünc mükafatın sahibi də müəyyənləşib. Üçüncü pillədə yer alan "Zirə" "Sabah"ın qonağı olub və 1:2 hesabı ilə uduzub. Üçüncülük uğrunda yarışan digər komanda - "Sumqayıt" isə "Səbail"i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 39 xalla 3-cü olub. "Zirə" isə 38 xalla 4-cü pillə ilə kifayətlənib. "Sumqayıt" 3-cü yerini sahibi kimi Konfrans Liqasına vəsiqəni təmin edib.

Digər oyunda isə "Keşlə" "Qəbələ"ni qəbul edib. Komanda 3:1 hesablı qələbə qazanıb. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ Husilərin legitimliyini tanıdı

25

İyun
10:25
DÜNYA
635

Neftin bahalaşması davam edir

25

İyun
09:25
İQTİSADİYYAT
915
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 16:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru