Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 May

2019
18:30
1764
`Nar` tələbələr üçün mobil şəbəkə gücünü nümayiş etdirdi

“Nar” ölkənin yerli rabitə bazarında gənc mütəxəssislərin yetişməsi məqsədilə, Azərbaycan Texniki Universitetinin (AzTU) magistr pilləsində təhsil alan tələbələr üçün mobil rabitə şəbəkəsilə əyani tanışlıq təlimi təşkil edib. “Nar”-ın texniki heyətinin rəhbərliyi ilə tələbələr, mobil şəbəkə haqqında təlim keçdikdən sonra, şəhərin müxtəlif ərazilərində yerləşən baza və ötürücü stansiyaları, həmçinin şəbəkə nəzarət otağını ziyarət ediblər.

Mühazirələr zamanı tələbələr bütün ölkə üzrə mobil şəbəkənin davamlılığına nəzarət edilməsi, texnoloji yeniliklərin tətbiqi və müştərilərin artan tələbələrini qarşılanması barədə ətraflı öyrəniblər. “Nar”-ın baza və ötürücü stansiyalarını yerində öyrənən tələbələrə, şəbəkə cihazları haqqında məlumat verilib, qurğuların iş prinsipi və təhlükəsizliyə nəzarət mexanizmi öyrədilib. 

Tələbələr “Nar”-ın ölkə boyunca fasiləsiz işləyən 1800-dən çox 4G, 2670-dən çox 3G və ümumilikdə 7500-dən çox mobil rabitə stansiyasının işinə nəzarət edən şəbəkə monitorinqi otağını ziyarət edib. 24/7 rejimdə aparılan monitorinq sayəsində “Nar” abunəçiləri yüksək keyfiyyətli zəng və internet xidmətlərindən kəsintisiz istifadə edir.

“Nar”-la bir iş günü keçirən tələbələr yerli rabitə şirkətində əməkdaşlara yaradılan şəraitlə tanış olublar, onları gözləyən peşə imkanlarına və rabitə işinin incəliklərinə bələd olublar. Qeyri-rəsmi görüş zamanı tələbələr onları maraqlandıran sualları birbaşa “Nar” şəbəkənin idarəedicilərindən soruşmaq imkanı əldə ediblər.

Tələbələrin mobil rabitə şəbəkəsi ilə əyani tanışlıq təlimi, “Nar” və AzTU arasında imzalanmış tərəfdaşlıq razılaşması çərçivəsində baş tutmuş növbəti layihədir. Buna qədər “Nar”-ın rabitə mütəxəssisləri Texniki Universitetdə test rabitə mərkəzi və mobil rabitə təlimləri təşkil ediblər. Universitetlə razılaşmanın əsas niyyəti isə rabitə sahəsində gələcəyin yerli peşəkarlarını yetişdirmək və azərbaycanlı tələbələrin məzun olduqdan sonra rabitə bazarında əcnəbi həmkarlarından daha üstün biliyə sahib olmasını təmin etməkdir.

Məqalədə : Nar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1202

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1370

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1822

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1119

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1466

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1202

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1818
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 07:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru