Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2021
14:10
`Məscidlərdə Cümə namazları növbəli qılınacaq`

“İki ilə yaxındır ki, məscidlər pandemiya səbəbindən bağlıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə iyunun 10-dan etibarən dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla fəaliyyəti bərpa ediləcək. Bu qərar bütün dindarları sevindirdi”.

Bunu “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay deyib.

Hacı Surxay bildirib ki, say məhdudiyyəti ilə namazların qılınması normal qəbul edilir:

“Bu, o demək deyil ki, 50 nəfərin hamısı bir yerdə namaz qılacaq. İnsanlar növbəli və mərhələli şəkildə maska taxaraq, sosial məsafə qaydalarına riayət edərək namazlarını qıla biləcəklər. Ümid edirəm ki, gələcəkdə yumşalma tədbirlərinin fəaliyyəti genişləndikcə ibadət üçün gələnlərin say məhdudiyyəti artacaq. Yəni, Cümə namazları növbəli qılınacaq. Digər məsələlər isə proses zamanı tənzimlənəcək”.

QMİ rəsmisi hesab edir ki, bu gün üçün ibadət edilməsi üçün 50 nəfər say tələbi qənaətbəxşdir:

“Axundu olduğum İçərişəhərdə məscidində insanların giriş-çıxışına nəzarət üçün müvafiq göstərişlər verilib. Hətta ibadətə gələnlərin hərarətinin ölçülməsi üçün cihaz da alınıb. Cümə namazları zamanı adətən sıxlıq müşahidə olunur. Bu səbəbdən həmin gün insanların növbəli şəkildə içəri girməsi təmin ediləcək. Hesab edirik ki, hər bir inanclı insan bizim tövsiyələrimizə əməl ediləcək”.

“Ötən gündən başlayaraq QMİ sədrinin tövsiyələrinə uyğun olaraq ölkədə fəaliyyət göstərən məscidlərdə lazımi işlərə başlanılıb. Onsuz da məscidlər təmiz olur, amma yenə də təkrar olaraq təmizlənir. Məscidlərə ibadətə gələn şəxslər maskadan istifadə edəcək, sosial məsafə qorunacaq, tibbi spirtlərdən istifadə təşkil ediləcək. Həmçinin dindarlar pak və dəstəmaz alaraq məscidə gəlir”, - din xadimi fikirlərinə əlavə edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neftin bahalaşması davam edir

25

İyun
09:25
İQTİSADİYYAT
570

AMB-nin valyuta məzənnələri

25

İyun
09:14
İQTİSADİYYAT
610

Sabah 43 dərəcə isti olacaq

24

İyun
12:52
ÖLKƏ
741
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 10:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru