Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2019
09:30
274
`Müsavat`ı İsa Qəmbər idarə edir - Hikmət Hacızadə

Müsavat Partiyasının 9-cu qurultayına hazırlıq davam edir. Bu barədə mayın 27-də novator.az-a danışan qurultay komitəsinin sədri, partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, indiyədək 45 rayon-şəhər təşkilatında yığıncaq və konfranslar keçirilib, qurultaya nümayəndələr seçilib: “Qurultayın 321 nümayəndəsi bəllidir. 20-dən yuxarı yerli təşkilatda yığıncaq keçirilməsi gözlənilir. Hakimiyyətin basqılarının davam etməyəcəyi təqdirdə işimizi iyun ayının sonunda bitirib qurultay gününü müəyyənləşdirməyi planlayırıq”.

Hazırda Müsavat qurultayı ətrafında gedən müzakirələrin əsasını keçmiş başqan, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin başqanlığa namizəd olub-olmayacağı, geri dönəcəyi təqdirdə bunun partiyaya nələr verəcəyi yönündə səslənən mövqelər təşkil edir. Çoxları düşünür ki, sabiq başqanın partiya başqanlığına qayıdışı quruma yeni nəfəs gətirə bilər. 2014-cü ilin sentyabrında keçirilən qurultaydan sonra etiraz əlaməti olaraq Müsavatı tərk edənlərin geri qayıda biləcəkləri ehtimal edilir. Eyni zamanda İ.Qəmbərin birləşdirici siyasətçi olduğu da önə çəkilir.

Son qurultaydan sonra partiyanı tərk edən politoloq Hikmət Hacızadə açıqlamasında diqqət çəkən fikirlər səsləndirdi: “İsa bəyin Müsavat rəhbərliyinə qayıtması çox yaxşı olardı. Amma onu da qeyd etmək lazımdır ki, İsa Qəmbər axı heç yerə getməyib. Əslində Müsavat Partiyasını o idarə edir. Həqiqi olaraq başqan olmasa da, o, partiya Divanının üzvüdür, müzakirələrdə iştirak edir, sözü isə hər zaman keçir. Başqan olsa daha yaxşıdır, amma olmasa da, problem deyil, onsuz da var. Onun partiyanı idarəetməsinin qarşısını kimsə ala bilməz”.

H.Hacızadə partiyaya hansı şərtlər daxilində qayıda biləcəyini də açıqladı: “Şəxsən mənim Müsavatdan getməyim partiyada söz azadlığının boğulması ilə bağlı idi. İlk növbədə, partiyada düzəlməli olan məsələlərdən biri də budur. Əgər bu düzəlsə, o zaman qayıdıb-qayıtmayacağımı müzakirə edə bilərik. Partiyadan gedənlərlə ayrıca söhbət etmək lazımdır. Hazırda hərə öz fəaliyyətindədir. Hamını birləşdirmək üçün böyük işin görülməsinə ehtiyac var. Elə bir iş görmək lazımdır ki, qurultaydan da böyük olsun”.("Yeni Müsavat")

Məqalədə : Hikmət Hacızadə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2465

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2298

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1751

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1490

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
450

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
233

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1184
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 21:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru