Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2019
16:09
276
`Mobitel` şirkəti cərimələnib

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası "İntel Ko" MMC ("Mobitel") barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Səbail Rayon Məhkəməsi Palatanın protokoluna əsasən, şirkətin 4500 manat məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.

Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib.

Şirkət inzibati xətanın bilavasitə obyekti olmuş 13230 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində, yəni 2 646 ABŞ dolları (təxminən, 4500 manat) məbləğində cərimə olunub.

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, "İntel Ko" MMC ("Mobitel") mobil telefon satışını həyata keçirən diler şəbəkəsidir. “Mobitel” şirkəti "Nokia", "Fly" və "UleFone" brendlərinin eksklüziv distributorudur.(Report)

Məqalədə : Mobitel 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İki rayonda qaz olmayacaq

21

Oktyabr
12:07
ÖLKƏ
20

Ərbəin gecəsi Kərbəla - FOTO

21

Oktyabr
11:42
MƏNƏVİYYAT
120

Xəzər dənizində zəlzələ olub

21

Oktyabr
11:30
HÜQUQ,HADİSƏ
25

Şənbə-bazar yol qəzalarında 5 nəfər ölüb

21

Oktyabr
10:52
HÜQUQ,HADİSƏ
31

Bakıda 8 yaşayış binası söküləcək

21

Oktyabr
10:02
ÖLKƏ
64

Xarici valyutaların manata qarşı məzənnələri

21

Oktyabr
09:26
İQTİSADİYYAT
45

Neftin ucuzlaşması davam edir

21

Oktyabr
09:18
İQTİSADİYYAT
52

Əli Kərimli saxlanıldı - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1336
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 12:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru