Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2019
09:37
238
`Metrodakı hazırkı vəziyyət xəstəlik mənbəyidir`

Bakı metrosunda havasızlıq olması tez-tez ictimailəşdirilir. Lakin illərdir ki, bu problemə çarə tapılmır. Xüsusilə də pik saatlarda metro qatarlarında nəfəs almaq çətinləşir. Bunun nəticəsidir ki, yay aylarında Bakı metrosunda havasızlıqdan əziyyət çəkənlərin, huşunu itirənlərin sayı artır.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarının şikayəti əsasında, bu qurumda mövcud olan problemləri dəfələrlə işıqlandırmışıq. Lakin aldığımız məlumata görə, hələ də ictimailəşdirilən problemlər öz həllini tapmayıb. Elə metropolitenin öz əməkdaşları da qatarlardakı ventilyasiya sisteminin olmamasından şikayətlənirlər. Onlardan aldığımız məlumata görə, təzə qatarları çıxmaq şərtilə digərlərində havalandırma sistemi mövcud deyil. Ventilyatorlar vasitəsilə yalnız tunellərin havasını dəyişdirmək mümkündür. Qatarlara isə hava açıq pəncərədən daxil olur...

Nəzərə alaq ki, 2018-c ilin avqust ayından etibarən Tarif Şurasının qərarı ilə metroda gediş haqqı 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Bundan əlavə, dövlət tərəfindən də metropolitenə subsidiya ayrılır. Gediş haqqının qalxdığı dönəmdə metrodakı iqtisadi vəziyyəti təhlil edən iqtisadçı Qubad İbadoğlu bildirmişdi ki, “Bakı Metropoliteni” QSC-nin sərnişin dövriyyəsindən əldə etdiyi orta gəlir  60 milyon 366 min 420 manat edir: “Deməli, sərnişin dövriyyəsində dəyişiklik baş verməzsə, o halda ”Bakı Metropoliteni" QSC yeni maliyyə ilində (avqust 2018-2019) əlavə olaraq 20 milyon 122 min 180 manat gəlir əldə edəcək. Bununla yanaşı, Maliyyə Nazirliyinin saytında yazılır ki, 2018-ci ilin dövlət büdcəsindən “Bakı Metropoliteni” QSC-yə sərnişin daşınma xidmətinin tarifinin dövlət tərəfindən tənzimləndiyinə və bu fəaliyyətin sosial xarakter daşıdığına cəmiyyətdə yaranan zərərin ödənilməsinə, maliyyə sağlamlaşdırılmasına 45 milyon manat subsidiya, yeni vaqon və eskalatorların alınmasına dövlət əsaslı vəsait qoyuluşu xərclərində isə 44 milyon manat əlavə vəsait nəzərdə tutulub ki, bu da 2017-ci illə müqayisədə 22,5 milyon manat və ya 29,4 faiz çoxdur".

Ekspert Elməddin Muradlı bildirib ki, ümumiyyətlə, ölkənin ictimai nəqliyyatında ciddi problemlər var: “Bunun həlli də asan görünməsin. Bəzən aidiyyəti qurumların özləri belə məsələyə biganə yanaşırlar. Biz görürük ki, müxtəlif sərəncamlar verilib, dövlət proqramları qəbul olunub, maliyyə vəsaiti ayrılır. Ancaq onların icrası, müəyyən problemlərin həlli məsələsi hələ də açıq qalır. İllərdir ki, problemlər deyilir, yazılır, ancaq heç bir faydası yoxdur. Metrodakı hazırkı vəziyyət xəstəlik mənbəyidir. Eləcə də bəzi avtobuslar var ki, istismar müddətini başa vurub, havalandırma sistemi mövcud deyil. Həmin avtobuslarda da vəziyyət eynidir. Bütün bu iyrənc mənzərəni yaşamamaq üçün insanlar ailə büdcəsindən kəsib, kreditə maşın alır. Bir tərəfdən deyirik ki, ictimai nəqliyyatı dirçəldib, əhalini ictimai nəqliyyata inandırmaq lazımdır. Digər tərəfdən də bərbad problemlər həll olunmur. Eləcə də taksilərdə də vəziyyət oxşardır. Avtomobillərin günbəgün çoxalmasının, hər kəsin şəxsi maşın almaq istəyinin əsas səbəbi ictimai nəqliyyatdakı problemlərlə bağlıdır. Bu gün heç kim əmin deyil ki, hansısa iş üçün yola çıxsa, metroda, avtobusda gecikməyəcək. Dünyanın bir çox ölkələrində ictimai nəqliyyat peşəkar səviyyədə qurulub. Orada hər şey zərgər dəqiqliyi ilə hesablanıb və insanlar da düşünürlər ki, nə üçün avtomobilə əlavə vəsait xərcləməliyəm? Çünki həmin ölkələrdə eyni yolu daha komfortlu ictimai nəqliyyatla getmək olur.  Bizdə isə insanlar düşünürlər ki, nə qədər xərcə düşsəm də, basabasdan, metroda 15 dəqiqə qatar gözləməkdən, havasızlıqdan uzaq olum. 15 dəqiqə qatarı gözləyirsən, baxırsan ki, qatar ağzına kimi doludur. Yenə də 15 dəqiqə növbəti qatarı gözləyirsən”.

Muradlı bildirib ki, avtobusları sürücülər elə hala salıblar ki, insanlar avtobusdan da qorxurlar: “Metrodakı vəziyyət isə hər kəsə məlumdur. 5 illik dövlət proqramı təsdiqlənib ki, orada tramvay və trolleybus xətlərinin bərpası məsələsi də nəzərdə tutulub. Bütün bunlar baş verərsə, metronun üzərinə düşən yük də azalar. Metroya dövlət milyonlarla vəsait ayırıb və ayırmağa da davam edir. Belə bir vəziyyətdə nə üçün havalandırma sistemini təkmilləşdirmək unudulur? Necə bu qədər məsuliyyətsizlik baş verə bilər? Çox təəssüflə deyirəm ki, biz metroda indi baş verənləri görəndə, Tağı Əhmədovun ölənlərinə rəhmət oxuyuruq. Yeni rəhbər gələndə hamı düşündü ki, daha mütərəqqi addımlar atılacaq. Ancaq təkmilləşmə işi o qədər də gözə çarpmadı. Yeni qatarların alınmasına da Tağı Əhmədovun dövründə başlanılmışdı. Mənim qəti şəkildə Tağı Əhmədovu tərifləmək kimi bir məqsədim yoxdur. Sadəcə olaraq, reallıq bundan ibarətdir ki, onun dövründə metrodakı vəziyyət indikindən yaxşı idi. Bu cür problemlər ölkəyə turist axınına da ziyan vuran amillərdir. Cəmiyyətdə nədənsə düşünürlər ki, turist ya taksidə gəzməlidir, ya da özəl nəqliyyatda. Xeyr, onlar həm də ictimai nəqliyyatdan istifadə edirlər. İctimai nəqliyyatdakı iyrənc mənzərəni onlar da görürlər və bütün bunlar turistlərdə ölkəmiz haqqında mənfi təəssürat formalaşdırır. Metro nə üçün düzəlmir? Bu sualların cavabı verilməlidir. Bu yaxınlarda sosial şəbəkədə şəkil paylaşıblar ki, qatar arasında 15 dəqiqə interval var. Bu nə deməkdir? Gediş haqqını da qaldırdılar. Danışanda dünya standartlarını göstərirlər ki, bizdə ucuzdur. Ancaq düşünmürlər ki, bunlar nə ucuz kimi ucuzun keyfiyyət xidmətini ortaya qoyurlar, nə də baha kimi bahanın keyfiyyət xidmətini göstərirlər. Camaat heç bir dəyişiklik görmür. Hər il yay aylarında insanlar əziyyət çəkirlər. Sosial şəbəkələri izləyəndə metrodakı vəziyyəti tamamilə görmək olur. Havalandırma sisteminin olmaması faciədir. Hər il deyirlər ki, təzə qatar gətiririk. Bəs hardadır bu qatarlar? O necə təzə qatardır ki, havalandırma, sərinləşdirici sistemi yoxdur? Metronu elə səviyyəyə gətirmək lazımdır ki, insanlar toya da rahat formada bu nəqliyyat vasitəsilə gedə bilsin. İndi isə metro elə səviyyədədir ki, insanlar nəinki toya, heç yasa da metro ilə getmək istəmir”.("Yeni Müsavat")

Məqalədə : metro 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2466

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2299

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1751

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1490

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
450

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
233

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1184
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 21:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru