Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Fevral

2020
11:39
`Karantinə alınanlardan 4-ü Azərbaycan vətəndaşıdır` - Gürcü nazir

Ötən gecə Tbilisidə İnfeksion Xəstəliklər Xəstəxanasına daha 10 nəfər yerləşdirilib. 

Bu barədə Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze məlumat verib. 

Nazirin sözlərinə görə, həmin şəxslərdən 5-i İtaliyadan qayıdıb, onlardan 1-i İtaliya, 4-ü Gürcüstan vətəndaşıdır. 

“Beş nəfər isə İrandan qayıdıb. Onlardan 1-i Gürcüstan, 4-ü isə Azərbaycan vətəndaşıdır”, -deyə nazir qeyd edib.

Tikaradze bildirib ki, bu mərhələdə Gürcüstanda geniş yayılmış koronavirus riski yoxdur.

“Əhalini əmin edirəm ki, hazırda Gürcüstanda geniş yayılmış koronavirus riski yoxdur və buna görə də epidemiya təhlükəsi yoxdur.

Koordinasiyalı işimizi davam etdiririk və hazırda yoluxmuş insanlarla sıx təmasda olan və yüksək riskli ərazilərdən Gürcüstana gələn vətəndaşların karantini üçün kifayət qədər yer var. Bu yerlər Gürcüstanın fərqli yerlərində yerləşir. Onlar üçün əlverişli şəraitin yaradılmasına çalışırıq. Batumidə, eləcə də Kutaisidə yerləşən xəstəxanaları səfərbər etmişik, bir neçə xəstəxana da Tbilisidədir”.(Qafqazinfo)

Məqalədə : Gürcüstan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53926

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52063

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53518

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53258

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58613

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52851

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53282
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-11-2020 11:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru