Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2019
13:41
1848
`Huawei` öz əməliyyat sistemini təqdim etdi

Çinin "Huawei" şirkəti keçirdiyi konfransda özünün "Harmony OS" əməliyyat sistemini təqdim edib.

FaktXəbər-in RİA Novostiyə istinadən məlumatına görə, "Huawei" rəhbəri Riçard Yu bildirib ki, əməliyyat sistemi smartfonlar, kompüterlər, planşetlər üçün uyğundur.

Əməliyyat sistemi ağıllı saatlar, tabletlər, avtomobil sistemlərindəki dinamiklər kimi ağıllı cihazlarda da işləyə bilər. Beləliklə, istifadəçi cihazlarının vahid ekosistemini yarada bilər. Şirkətdən bildirildiyi kimi bu cihazların istismarı və girişi fasiləsiz olacaq.

"Qərara aldıq ki, inkişaf etmiş platforması bir əməliyyat sisteminin olması vacibdir. Çoxlu sayda cihaz və platformada çıxa biləcək və istehlakçı tələbatını ödəyə bilən bütün ssenariləri dəstəkləyən bir əməliyyat sisteminə ehtiyacımız var. "HarmonyOS" yaratmaqda məqsədimiz bu idi", - deyə Richard Yu bildiri.

Eyni zamanda, şirkət yenilənmiş EMUI 10 istifadəçi interfeysini (dizayn, xüsusiyyət dəsti və quraşdırılmış tətbiqlər) təqdim edib.

"Harmony" Çin şirkətinin smartfonlarında istifadəsi təhlükə altında olan "Android" əməliyyat sistemini əvəz edə bilər.

May ayında ABŞ Ticarət Departamenti "Huawei" şirkətini ABŞ istehsalçılarından komponent və texnologiya almaq yolunu əngəlləyən "qara siyahı"ya salıb. "Huawei" eyni zamanda müvafiq lisenziyasız Amerika biznesi ilə işləməyi qadağan edilən şirkətlər siyahısındadır. Mövcud Çin müştərilərinə "Android OS" yeniləmələrini təqdim etmək üçün Google-un müvəqqəti icazələri 19 avqusta qədər etibarlıdır.

Məqalədə : Huawei Huavey 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Facebook"da yeni funksiya

21

Avqust
11:03
MARAQLIDIR
29

Siyəzəndə avtomobil qəzası: 8 nəfər yaralanıb

21

Avqust
10:11
HÜQUQ,HADİSƏ
94

Ağzının dadını bilən ayı - VİDEO

21

Avqust
10:10
MARAQLIDIR
125

Sudanda Suveren Şura yaradılıb

21

Avqust
10:08
DÜNYA
39

Azərbaycan nefti cüzi ucuzlaşıb

21

Avqust
09:55
İQTİSADİYYAT
68

Xarici valyutaların manata qarşı məzənnələri

21

Avqust
09:27
İQTİSADİYYAT
87

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
826

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
841
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 11:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru