Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2020
10:13
`Google Play`də 24 təhlükəli proqram aşkar edilib

Bu yaxınlarda "ESET" şirkətinin mütəxəssisləri mobil virusların 99%-nin hədəfinin "Android" qurğular olması haqqında məlumat vermişdi. Yeni hesabata görə, "Google Play"də yüklənmə sayı milyonu ötən 24 təhlükəli proqram aşkar edilib.

Mobil proqramların siyahısı müxtəlifdir: oyunlar, brauzerlər, təqvimlər, fayl menecerləri, hava proqnozları, antiviruslar, VPN xidmətlər və başqa utilitlər var. Bütün bu proqramlar 6 müxtəlif tərtibatçı tərəfindən hazırlanıb, amma araşdırma nəticəsində məlum olub ki, sonuncular Çinin "Shenzhen HAWK" şirkəti ilə əlaqəlidir.

Bütün bu proqramların onların fəaliyyəti ilə bağlı olmayan çoxlu sayda icazə tələb etməsi təhlükəsizlik mütəxəssislərini narahat edib. Məsələn, həmin proqramlardan 6-sı telefona giriş istəyir ki, bu da onlara istifadəçidən xəbərsiz avtomatik zəng etməyə, hətta mesaj göndərməyə imkan verir. 15 proqram istifadəçinin olduğu yeri müəyyənləşdirmək üçün GPS-ə giriş tələb edir.

"Google" artıq bu vəziyyətə reaksiya verib və proqramların əksəriyyəti qaydaların pozulmasına görə "Google Play"dən silinib. Ancaq həmin proqramlar kənar resurslar vasitəsilə də yayıla bilər.

Məqalədə : Google Play 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4312

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2965

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2405

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2020
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-04-2020 10:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru