Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Fevral

2014
14:55
804
`Gənclərin ən böyük problemi ideoloji boşluqla bağlıdır`

FaktXəbər-in məlumatına görə, fevralın 3-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2011-ci ildən həyata keçirdiyi “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə“ birgə layihəsi çərçivəsində “Azərbaycan Gəncliyinin problemləri və perspektivləri” mövzusunda dəyirmi masa keçirildi.  
Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq 1996-cı ildə Azərbaycanda qeyd olunmağa başlayıb. Gənclik millətin varlığı, inkişafı üçün təməl daşıdır və hər bir dövlət uzunmüddətli siyasətində gələcəyini gənclərlə bağlayır. Bunu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti Vəli Əlibəyov dedi. Onun sözlərinə görə, gənclərin və ümumilikdə cəmiyyətin ən böyük problemi ideoloji boşluqdur ki, bu da birbaşa dəyərlərin zəif tətbiq olunması ilə bağlıdır. “Son vaxtlar Azərbaycan gənclərinin kənarda olan münaqişələrdə gedib yalnış ideyalar uğrunda həlak olması da buna sübütdur”, - deyə V.Əlibəyov təəssüf hissi ilə əlavə etdi.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova 2014-cü ilin yanvar ayında Bakı və Sumqayıt şəhərlərinin 9-11 siniflərinin 312 şagirdi arasında peşə seçimləri ilə bağlı keçirdikləri rəy sorğusunun nəticələrini açıqladı. Sorğunun məqsədi gənc nəslin bugünkü problemləri, əmək və məşğulluqları, peşə seçimində mövcud problemlərinin səbəblərinin araşdırılması olmuşdur. Bu gün daha çox tələb olunan peşələri qeyd edərkən şagirdlərin 67,1%-i ali təhsilli, 32,9%-i isə ilk peşə-ixtisas (İPİ) təhsili peşələrin adlarını çəkmişlər. Gələcəkdə  yiyələnmək istədikləri peşələrə gəldikdə, rəyi soruşulanların 89,3% konkret peşələrin adlarını qeyd etmişlər. Bunların 74,0%-i ali təhsilli, 15,3%-i İPİ təhsilli olmuşlar. Qalan şagirdlərin 10,7%-i ali təhsilli peşələrə üstünlük verərək peşəni göstərməmiş və “Hansına daxil ola bilsəm” cavabını vermişlər. Orta məktəbi bitirdikdə şagirdlərin 81,3%-i sənədlərini ali təhsil məktəblərinə (Bakı – 85,1%, Sumqayıt – 78,6%), 7,3%-i – texnikumlara (Bakı – 3,9%, Sumqayıt – 9,0%), peşə məktəbləri/liseylərə 4,8%-i (Bakı – 3,1%, Sumqayıt – 6,4%) verəcəklərini bildirmişlər. Peşə məktəbləri/liseylərdə oxumaq istəməyənlər əsasən bunu ali məktəbin daha hörmətli, səviyyəli və cəmiyyətin anlamında daha yaxşı olduğunu qeyd etmişlər (92,1%).

Beləliklə, sorğu peşə məktəblərinin və ilk peşə-ixtisas təhsilli peşələrin təbliğatının zəif qurulması; orta məktəb şagirdlərinin peşə məktəblərinə dair məlumatlılığının aşağı səviyyədə olmasını üzə çıxarmışdır. Bu problemlərin həlli üçün ilk növbədə peşə məktəblərinin və ilk peşə-ixtisas təhsilli peşələrin təbliğatı gücləndirilməlidir. Peşə məktəblərinin təbliğatında yeni müasir formatlardan istifadə olunmalıdır: sosial reklam, KİV, xüsusilə də televiziya. Təbliğatın ayrı-ayrı peşə məktəblərinin elanları ilə bərabər Təhsil nazirliyi tərəfindən peşələr üzrə aparılması daha səmərəli ola bilər. İlk peşə-ixtisas təhsilli məktəblərinə münasibətin dəyişilməsində peşə məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi və onların sayının artırılması önəmlidir.
Mövzu ətrafında müzakirələr zamanı tədbir iştirakçılarının ümumu rəyi belə oldu ki, gənclərlə bağlı milli ideoloji konsepsiya işlənməli və dövlətin siyasəti gücləndirilməlidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1715

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1021

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2160

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2854

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
130

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
831

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4212

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
108
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 09:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru