Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2019
12:45
798
`Gənclər Şəhərciyi`ndə baş vermiş dəhşətli olayın bəzi təfərrüatları məlum olub

Abşeron rayonunda əmisini öldürüb, izi itirmək üçün evi yandıran Məzahir Şıxməmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bakı Ağır Cinayətlrlər Məhkəməsinə göndərilən iş hakim Azər Paşayevin icraatına verilib.

Cinayət iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu il martın 8-də "Gənclər Şəhərciyi" yaşayış kompleksi, giriş 76, ev 11 ünvanında baş verib. Həmin mənzildə çarpayıda yanmış kişi meyiti aşkarlanıb.

Abşeron Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı dünyasını dəyişən Şıxməmmədov Namiq Kamal oğlunun sifət nahiyyəsində sınıq xəsarətləri var. Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu, 1996-cı il təvəllüdlü Şıxməmmədov Məzahir Ehtiram oğlunun törətdiyi və izi itirmək məqsədi ilə mənzilə od vurduğu məlum olub.

Hadisəni törədən şəxs yaşadığı Sumqayıt şəhər, 17-ci mikrorayon, ev 18, mənzil 38-də saxlanılaraq Abşeron rayon Polis idarəsinə gətirilib.

Saxlanılan şəxs dəhşətli cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib.

Məzahir Şıxməmmədov əmisi ilə aralarında münaqişə olduğunu deyib: “Aramızda dəfələrlə münaqişə olub, nalayiq ifadələr işlədib, üstümə bıçaq çıxardıb. Bir dəfə keçmişəm, iki dəfə keçmişəm. Amma sonuncu dəfə dözmədim. Əslində öldürmək planım olmayıb”.

M.Şıxməmmədov əmisini ölümcül döydüyünü də bildirib: “Əvvəlcə 5-6 yumruq vurdum. Sonra isə üzünə və başına butulka ilə zərbə endirdim. Mənzili yandırıb, oradan uzaqlaşdım”.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.(report)

Məqalədə : Qətl 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
34

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
259

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
118

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
59

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
116

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
50
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 18:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru