Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

22 Mart

2017
09:32
634
"Ermənistan barədə dedim ki,.." - Sami Yusif Bakıda

Əslən Cənubi Azərbaycandan olan və Londonda yaşayan müğənni Sami Yusif dünən Bakıda media nümayəndələri ilə görüşüb. Bu gün Heydər Əliyev Sarayında verəcəyi konsertlə bağlı danışan ifaçı Bakını çox sevdiyini deyib.

O, bir müddət əvvəl Türkiyə mediasına müsahibəsi zamanı Ermənistanın ötən ilki “Eurovision” təmsilçisi barədə dediyi sözlərə aydınlıq gətirib:

“Deyirlər ki, mən Ermənistanı dəstəkləmişəm. Amma belə bir şey olmayıb. Məndən Azərbaycanın “Eurovision"” iştirakçısı barədə soruşdular. Dedim, yaxşıdır, amma milli çalarlar, təəssüf ki, yoxdur. Sonra isə Ermənistan təmsilçisi barədə soruşanda bildirdim ki, “Amma onlar milli elementlərdən istifadə ediblər”. Müsahibəni yaddan çıxarıb sadəcə bu nüansı şişirdilər”. (Axşam.az)

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com