Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

17 Aprel

2017
14:02
3264
`Erməni polislər səngərdən qaçan əsgərlərin qabağına dururdu`
Gizir Ülfət Həsənov: "Ermənilərin gücü bizə çatmadığına görə mülki əhaliyə əziyyət verirlər, adi insanları atəşə tuturlar"

“Ermənilər bizdən çox zəifdirlər. Onlar bizdən, ordumuzdan çox qorxurlar. Xüsusi təyinatlılarımızın hətta adı gələndə qorxudan əsirlər. Bizim, həqiqətən, güclü ordumuz var. Düşməni tam darmadağın etməyə, torpaqları azad etməyə hərtərəfli gücümüz, qüvvəmiz var. Onlardan üstünlüyümüz silahımızda, təchizatımızda, peşəkar kadrlarımızın olmasında və ən əsası ruhumuzdadır. Məhz buna görədir ki, biz uğurlu əməliyyatlar keçirə bilirik.”

FaktXəbər-in məlumatına görə, bu barədə milli.az-a açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin veteranı, Qarabağ qazisi, xüsusi təyinatlı hərbçi, ehtiyatda olan gizir Ülfət Həsənov deyib.

Qazi gizirin sözlərinə görə, 2 il əvvəl döyüşdə yaralanıb və müalicəsi indi də davam edir: “Mən 2015-ci ildə martın 19-da cəbhənin Goranboy rayonu istiqamətində Barambat meşəsində baş verən döyüşdə ermənilərin qarşısını alarkən yaralandım. Mənə iki güllə dəydi. Biri qolumdan, digəri çanağımdan. Ondan sonra hərəkət qabiliyyətimi itirdiyimə görə döyüşə bilmədim. Uzun müddət müalicə aldım. Güllələr bədənimdən çıxarılıb, amma müalicəm yenə də davam edir. Hazırda təqaüddəyəm. Buna baxmayaraq, indi də döyüşməyə hazıram!”

Ü.Həsənov qeyd edib ki, ermənilər Azərbaycan hərbçilərinə qarşı birbaşa döyüşdən qaçırlar: “Bizim hərbçilərimiz yalnız erməni hərbçilərinə qarşı əməliyyat keçirir. Onlar isə çox zaman bizim ordumuza qarşı bunu etməyə qorxurlar. Bizimkilərin postlarda daim ayıq-sayıq olması onları çəkindirir. Ermənilərin gücü bizə çatmadığına görə mülki əhaliyə əziyyət verirlər, adi insanları atəşə tuturlar”.

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) döyüşçüsü hesab edir ki, əgər Azərbaycan ordusu mövcud şəxsi heyəti, silah və texnikası ilə bütün cəbhə boyu hücuma keçsə, erməni ordusu buna tab gətirməyəcək: “Bizim döyüş yoldaşlarımız ötən ilin aprel döyüşlərində bir şeyin də şahidi olublar ki, hələ hərbçilər bir yana dursun, uşaqdan böyüyə mülki şəxslərin hamısı döyüşə can atırdı. Cəbhə zonasında onların qarşısını polis alırdı ki, onlar irəli getməsinlər. Amma ermənilərdə polislər əsgərlərin qarşısını alırdı ki, səngərləri, postları qoyub qaçmasınlar”.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 12:51

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru