Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Avqust

2019
11:15
3283
`Erkən nikah faktı təsdiqlənsə...` - 17 yaşlı qızın intiharına REAKSİYA

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Cəlilabadda qeydə alınan intihar faktına münasibət bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, bir ay ərzində bir neçə analoji faktın baş verməsi təəssüf doğurur:

“Yetkinlik yaşına çatmayan qızların intihar və intihara cəhd faktlarının araşdırılması məqsədilə regionlarda monitorinq komissiyaları vasitəsilə nəzarət davam etdirilir. Eyni zamanda, onların ailə üzvləri, yaşadığı ünvandakı qohumları, tanışları tərəfindən məlumatların toplanması istiqamətində işlər aparılır. Hüquq-mühfaizə orqanları, Daxili İşlər Nazirliyi və Prokurorluq orqanları tərəfindən cinayət araşdırmalarının tətbiqi işləri davam etdirilir. Bütün özünəqəsdlərlə bağlı Cinayət Məcəlləsinin125-ci maddəsi, özünü öldürmə həddində çatdırma ilə bağlı cinayət işləri açılıb. Hazırda istintaq işləri davam etdirilir”.

E.Səfərov deyib ki, 17 yaşlı qızların intiharında erkən nikaha məcburetmə faktı öz təsdiqini taparsa, əlavə cinayət işləri da açılacaq:

“Belə olan halda, Dövlət Komitəsi tərəfindən Cinayət Məcəlləsinin 176.1-ci maddəsi, qadını nikaha daxil olmağa məcburetmə ilə bağlı əlavə cinayət işi açılması vacib hesab ediləcək. Bu halların araşdırılmasında hüquq mühafizə orqanlarının mövqelərinin tətbiqi vacibdir. Eyni zamanda, psixoloqların və sosial işçilərin proseslərə cəlb edilməsi vacibdir ki, ailələrdəki digər uşaqlara təsirləri minimum dərəcədə olsun. Hazırda bu məsələ ilə bağlı prokurorluğun rəyini gözləyirik”.

Şöbə müdirinin sözlərinə görə, bu il ərzində qəbul ediləcək Milli Uşaq Strategiyasının fəaliyyət planı və Məişət Zorakılığının Qarşısının Alınmasında Milli fəaliyyət planı layihələrinin qəbul edilməsi planlaşdırılır:

“Bu halların aradan qaldırılması üçün tədbirlər nəzərdə tutulub. Təəssüf ki, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da nikaha məcbur etmə halları yaşanır. Problemin qarşısının alınması üçün koordinasiyalı şəkildə işlər aparılmalıdır. Əsas məsələ vətəndaşlarda formalaşan stereotiplərin dəyişdirilməsi istiqamətində fəaliyyət daha da gücləndirilməlidir”.

Komitə rəsmisi erkən nikaha məcbur etmənin ziyalı ailələrində də qeydə alındığını vurğulayıb:

“Bakı həm ziyalılıq səviyyəsinə, həm ali təhsil alanların sayına görə öndədir. Amma Bakıda da erkən nikaha məcur etmə halları var. Amma monitorinqlər göstərir ki, erkən nikaha məcburetmə təhsil səviyyəsi aşağı və yüksək olan ailələrdə də qeydə alınır”. 

E.Səfərov ümumilikdə bu kimi hallarda KİV-lərin üzərinə də böyük məsuliyyət düşdüyünü qeyd edib:

“Bəzi hallarda intihar edənin, intihara cəhd edib sağ qalanın fotoları, ünvanları mətbuatda göstərilir. Bunlar həmin şəxsin ailə üzvlərinin sonrakı həyatı üçün də problemlə çevirilir. Media nümayəndələri şərti adlardan istifadəyə önəm verməlidirlər. Onların fotolarının açıq şəkildə mətbuatda yayımlanması yolverilməzdir. Biz həmişə mətbuat nümayəndələrinə çağırış etmişik ki, fotoların verilməsi zamanı üzün bağlanması, adların şərti verilməsi, kəndin adının qeyd edilməməsinə diqqət etsinlər. Bu, həmin ailənin müdafiə edilməsinə yönəlib. Bəzi ailələrdəki uşaqlar intihara cəhd etsə də, sağlam qalıb. Mətbuat nümayəndələri onun şəkillərini yayırlar, intervyu alırlar. Bu, heç bir halda düzgün deyil. Bu artıq insan hüquqlarının pozulmasıdır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, hər bir şəxs insanların şəxsi həyatının toxunulmazlığının pozulmasına görə məsuliyyət daşıyır”.

Xatırladaq ki, bir ay ərzində Zaqatala və Cəlilabadda iki 17 yaşlı qızın intiharı faktı qeydə alınıb. Onların erkən nikaha məcbur edilidiyi iddia olunub və bu addımı ona görə atdıqları bildirilib.

Qeyd edək ki, qadını nikaha daxil olmağa məcbur etmə faktına görə, Cinayət Məcəlləsinin 176-1maddəsində cəza tədbirləri nəzərdə tutulub.

Bu maddəyə görə, qadını nikaha daxil olmağa məcbur etməyə görə, iki min manatdan üç min manatadək cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə - üç min manatdan dörd min manatadək cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.(modern.az)

Məqalədə : 17 yaşlı qız 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
297

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
196

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
227

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
265

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
293

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
285

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
857

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
659
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 08:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru