Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

18 Aprel

2017
12:19
399
"Elə bilirsiz ki, Avropa ölkələrində..." - Əli Hüseynli

“Avropa İttifaqı və Avropa Şurası bizimlə 4 gün ərzində deyil, bir il müddətində işgüzar formada çalışsaydılar, tövsiyələr meydana çıxmazdı. Burada konkret irad yoxdur, onu tapmaq mümkün də deyil. Ümumi tövsiyələr var. Bizim qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericiliyimiz ümumi Avropa standartlarına, konvensiyasına uyğundur”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyri-hökumət təşkilatlarına dair Azərbaycan qanunvericiliyi və praktikasının Avropa standartlarına uyğunlaşdırılması mövzusunda keçirilən konfransda deyib. 

O bildirib ki, Azərbaycandakı sistem bəzi ölkələrin təcrübəsinə uyğun olmaya bilər: “Elə bilirsiz ki, Avropa ölkələrində elektron qeydiyyat var? Hesabat hazırlanarkən Milli Məclisin nümayəndələrindən ekspert kimi dəvət etsəydiniz, onlar milli qanunların tətbiqini izah edərdilər. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi bu tövsiyələri nəzərə alaraq, mövcud qanunvericiliyə dəyişikliklərlə bağlı əsas görmür. Bunu nəzərə almalısınız. Biz qanunvericilikdə dəyişikliklər edilən zaman dəfələrlə qeyri-hökumət təşkilatları ilə görüşmüşük. Biz bilirik ki, qeyri-hökumət təşkilatları hansı problemlərlə üzləşirlər. Bilirik ki, maliyyət əməliyyatları, banklarla təmasda müəyyən problemlərla üzləşirlər. Biz bu problemin üzərində düşünürük. Bir daha qeyd edirəm ki, qanunla bağlı yeniliklərin müzakirə edilməsinə ehtiyac görmürəm. Bizim bir müddət əvvəl qanunvericiliyə etdiyimiz dəyişikliklər şəffaflığın təmin edilməsi ilə bağlıdır. Qanunun tətbiqi ilə bağlı hər hansı çatışmazlıq varsa, biz milli qeyri-hökumət təşkilatları ilə müzakirələr aparmağa hazırıq”.

Qeyd edək ki, Avropa İttifaqı ilə Avropa Şurasının birgə layihəsi olan “Azərbaycanda vətəndaş cəmiyyəti dialoqu” layihəsi çərçivəsində Avropa Şurasının beynəlxalq QHT Konfransının QHT qanunvericiliyi üzrə ekspertlər şurası ilə birgə hesabat hazırlanıb. Hesabatda bəzi tövsiyələr əksini tapıb.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Məqalədə : Əli Hüseynli 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com