`Bu toyuqları alıb yeməyin!` - XƏBƏRDARLIQ

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyul

2018
11:48
9162
`Bu toyuqları alıb yeməyin!` - XƏBƏRDARLIQ

Broyler toyuqlarının xüsusi iynə vasitəsilə şişirdilməsi haqda informasiyalar məqsədli şəkildə aparılan “qara piar”dır.

Bunu Kənd Təsərrüfatı Nazirliyi (KTN) Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent Mahir Hacıyev modern.az-ın suallarını cavablandırarkən deyib.

O bildirib ki, bu kimi hallar iri sənaye müəssisələrində qeyri-mümkündür:

“Bunlar ayrı-ayrı şəxslərə qarşı ədavətdən irəli gəlir, kimlərsə bazara daxil ola bilmir və məqsədli şəkildə bu cür məlumatları, videoları ictimailəşdirirlər. Qeyd edim ki, xüsusi iynə ilə quşların şişirdilməsi əl əməyinə əsaslanır. Amma iri müəssiələrdə quşların qablaşdırılmasınadək bütün prosesləri aparatlar icra edir”.

Nazirlik rəsmisi qeyri-qanuni fəaliyyət göstərən kiçik sexlərdə bu yola əl atmasını istisna etməyib:

“Ona görə də qablaşdırılmamış, yaxud üzərində hansı şirkətə məxsus olduğu göstərilməyən toyuqları almayın. Onlara iynə də vurulur, vannada suya salıb şişirdirlər də. Hətta rəngini sarıya boyayıb “kənd toyuğu” adı ilə əhaliyə satırlar. Sizin vasitənizlə ictimaiyyətə çatdırmaq istyirəm ki, o məhsulları almasınlar”.

Məqalədə : toyuq 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2018 03:06



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com