Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2012
13:41
`BOÇALININ HƏRB VƏ QƏHRƏMANLIQ TARİXİ` ADLI TƏDBİR KEÇİRİLİB

“Borçalı” İctimai Birliyi “Boçalının hərb və qəhrəmanlıq tarixi” mözusunda növbəti 27 ci Dədə Camal məclisi keçirilib. Bu barədə FaktXeber.com-a İctimai Birliyin mətbuat xidmətindən məlumat verilib. Cəmiyyətin sədri Zəlimxan Məmmədliyə ötən bir ay ərzində “Borçalı” Cəmiyyətinin gördüyü işlər haqqında məlumat verib. Daha sonra qarşıda duran vəzifələr və görüləcək işlərdən danışıb.

O qeyd edib ki, yaxın vaxt ərzində Borçalıya səfərlər olacaq. Fevral ayının 1-də Borçalı elinin böyük şairlərindən biri olan, 94 yaşlı qocaman şair Dünyamalı Kərəmin yaradıcılıq gecəsinin keçiriləcəyini bildirib.

Daha sonra çıxış edən doktor Fəxri Hacılar aylarla Tiflis arxivlərində apardığı araşdırmalardan, topladığı məlumatlardan danışaraq qeyd edib ki, o arxivlərdə çox mühüm sənədlər əldə olunub. O, məruzəsində  Borçalı qarapapaqları gürcü Kartli-Kaxet çarlığının (XVIII əsr) tərkibində və rus imperiyasının əsarətində (XIX-XX əsrlər) olanda belə, ulularının savaş ənənələrini davam etdirməsindən,  qürurlu və yenilməz bir toplum olduğundan, Rusiya-İran və Rusiya-Anadolu müharibələrində Borçalı türklərinin necə qəhrəmanlıqlar göstərdiyindən, bütün bu savaş və müharibələrdə Borçalı qarapapaq generalları və hərbi rutbəli qəhrəmanları Gürcü çarı II İraklinin ən çox etibar etdiyi qoşun sərkərdələrindən biri Xudu bəy Borçalı, XIX əsrin ilk türk-rus müharibəsində Osmanlıya hücum etmiş rus qoşunlarını sərhəddə ilk qarşılayıb ağır itkilərə məruz qoyan və müharibə boyu onlara ciddi müqavimət göstərən Qara bəy (Qara Mahmud bəy), 1828-29-cu illər türk-rus müharibəsi başlayanda da Osmanlıya soxulmuş  rus ordusunun qarşısına nizami türk ordu birliklərindən əvvəl sərhəddə, əsas yolların kəsişməsində Şərif ağanın başçılığında mövqe tutmuş minə yaxın könüllü qarapapaq atlılarından, Borçalı-Qarapapaq Türklərinin qeyrət rəmzi olan Mehralı bəy müharibədən sonra ətrafındakı qarapapaqlarla birlikdə yuva saldığı Sivasda 6 bölüklü 40-cı Qarapapaq Həmidiyyə Süvari  Alayını qurmasından, Borçalı Həşimoğlu, Saraçlı Əli bəy, Daşdan ağa, İlyas ağa, İsrafil bəy Yadigarov, Qasımlı Daşdəmir ağa və.s fakt və həqiqətlər haqqında geniş məlumat verib.
 Daha sonra söz digər məruzəçi tədqiqatçı alim, polkovnik Şəmistan Nəzirliyə verilib. O, Borçalıda çox böyük hərbi şücaətlər göstərmiş Yadigarov qardaşlarından danışıb.

Tədbirin sonunda “Borçalı generallarının vahid albomları”, “Borçalı tarixi qəhrəmanlıq muzeyi”nin yaradılması və Borçalının hərb qəhrəmanı Mehralı bəyin 2014-cü ildə 170 illik yubileyinin keçirilməsi qərara alınıb.

Nicat

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 09:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com