Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2019
15:21
859
`Bakıda müşahidə edilən kəpənəklər 15-20 gündən sonra məhv olacaqlar`

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu Bakıda və bəzi bölgələrdə kəpənəklərin sayının artması ilə bağlı açıqlama verib.

İnstitutun direktor müavini Elşad Əhmədov Faktxeber.com-a açıqlamasında deyib ki, “vanessa kardui” növünə aid olan kəpənəklərin kütləvi axınının heç bir zərəri yoxdur: “Kəpənəklərlə yumurta qoyduğu dövrdə kimyəvi mübarizə aparılmadığından onların Azərbaycanda kütləvi artımı müşahidə olunur. Bakı ətrafında müşahidə olunan kütləvi kəpənəklərin təbiətə və cəmiyyətə heç bir zərəri yoxdur. Ona görə də bu kəpənəklərin qarşısını almağa ehtiyac yoxdur. Onlar təqribən 15-20 gündən sonra məhv olacaqlar. Uçub gedənləri gedəcək, qalanları isə məhv olacaq. Bu kəpənəklərin ömrü bir aylıqdır. Ümumiyyətlə, həşəratların ömrü bir-iki ay aralığında olur. Təbii ki, onların arasında çox nadir hallarda qış dövründən keçid edən həşəratlar da mövcuddur”.

Direktor müavini bildirib ki, “Vanessa kardui” növünə aid olan gündüz kəpənəkləri mütəmadi olaraq Azərbaycana axın edirlər. Onun sözlərinə görə, demək olar ki, hər il bu kəpənəklərin miqrasiyası olur:

“Bu kəpənəklər “vanessa kardui” növünə aiddir. Bu növ kəpənəklər, adətən, 5000 km məsafəyə qədər miqrasiya edə bilirlər. Bu kəpənəklər yalnız gündüzlər fəaliyyət göstərdiyi üçün onlara həm də “gündüz kəpənəkləri” deyilir. Azərbaycan gündüz kəpənəklərinin miqrasiya etdiyi yolun üzərində yerləşir. Bizim ölkəmizdən əlavə Türkiyə, Kipr və İsraildə də bu kəpənəklərin kütləvi artımı müşahidə olunur. Konkret olaraq, bu kəpənəklərin hansı ərazidən gəldiyini deyə bilmərik. Bir məsələni də qeyd edim ki, Azərbaycanda 25 minə yaxın həşərat növü, 100-dən çox isə kəpənək növü var”. 

Məqalədə : kəpənək 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
135

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
45

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
764

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
3986

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
54

Boeing-in zavodu sifarişsiz qalıb

18

İyun
14:18
DÜNYA
1831

Ağstafadakı qətliamın DƏHŞƏTLİ VİDEOSU YAYILDI

18

İyun
13:40
HÜQUQ,HADİSƏ
2436

Sabahın hava proqnozu açıqlanıb

18

İyun
12:58
ÖLKƏ
3313

Azərbaycan BMT-yə hesabat verəcək

18

İyun
12:42
ÖLKƏ
2041

Fuad Abbasov həbsi haqda danışdı - Səs yazısı

18

İyun
12:34
HÜQUQ,HADİSƏ
1479

Mişel Platini Fransada həbs olundu

18

İyun
12:21
İDMAN
2983

Bakıya 300 ədəd yeni avtobus gətiriləcək

18

İyun
11:49
NƏQLİYYAT
1617

Uelbek "Qalatasaray"dan 5 milyon istəyib

18

İyun
11:37
İDMAN
2062

Bakıda narkotacir saxlanılıb - FOTO

18

İyun
11:30
HÜQUQ,HADİSƏ
2300

Fermerlərin DİQQƏTİNƏ!

18

İyun
11:28
İQTİSADİYYAT
1412
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 15:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru