Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyul

2019
10:21
634
`Azəriqaz`: Şirkət işçiləri əhalini qazsız qoyub

İstirahət günlərində qazıntı işləri aparan şirkətlərin səhlənkarlığı nəticəsində iki yaşayış məntəqəsində qaz təchizatına məhdudiyyət qoyulub.

Faktxeber.com bildiri ki, bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Belə ki, Mingəçevir şəhərinin “Günəşli Bağ” yaşayış massivinin qaz təchizatı üçün nəzərdə tutulan diametri 160 mm olan polietilen xəttini ərazidə işləyən şirkət işçiləri qırıblar. Buna görə də 1300 abonentin qaz təminatı dayandırılıb.

Lənkəranda isə yol tikinti şirkəti təmir zamanı diametri 110 mm olan qaz xəttini zədələyib. Nəticədə Parakənd kəndində ümumilikdə 470 abonent qazsız qalıb. 

“Azəriqaz” İB hər iki halda operativ fəaliyyətə başlayaraq qaz təchizatını bərpa etməyə nail olub.

Bundan başqa, qaz ölçü qovşaqlarında mövcud qurğuların dövlət yoxlamasından keçirilmiş digər qurğularla əvəz olunması ilə əlaqədar Xəzər rayonunun Qala qəsəbəsində bir qrup abonentin qaz təchizatı saat 11:00-dan 13:00-dək dayandırılacaq.

Məqalədə : qaz təminatı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
233

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1124

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
298
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 11:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru