Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2020
10:11
`Azərişıq` əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi başlanılıb

Masallıda “Azərişıq” ASC-nin əməkdaşlarının güllələnməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Hadisəni törətməkdə şübhəli bilinən Yeddioymaq kənd sakini, 1969-cu il təvəllüdlü Mansur Şahmuradov müəyyən olunaraq saxlanılıb.

Cinayətin aləti olan ov tüfəngi maddi sübut kimi götürülüb.

Qeyd edək ki, hadisə ötən gün Masallının Yeddioymaq kəndində qeydə alınıb. Kənd sakini 1969-cu il təvəllüdlü M. Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçilərinə evindəki ov silahı ilə atəş açıb.

Nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. “Azərişıq” ASC-nin digər əməkdaşı, Masallı şəhərində yaşayan 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
8046

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6814

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8459

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8309

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
12232

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
8073
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-07-2020 23:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru