Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Fevral

2020
12:29
`Azərişıq` gücləndirilmiş iş rejiminə keçdi

Bir sıra regionlarda başlayan güclü külək səbəbindən “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib. 

FaktXəbər-in qurumun mətbuat xidmətindən əldə etdiyi məlumata görə, hazırda önləmə tədbirləri iki regionda olan 10-a yaxın rayon və qəsəbəni əhatə edir.

Məlumata görə, hazırda “Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə daxil olan Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının, “Şimal” RETSİ-yə daxil olan Xaçmaz, Siyəzən və Şabran rayonlarının və Yalama qəsəbəsinin ərazisində güclü külək müşahidə edilir.

“Baş verə biləcək qəza və kəsintilərin qarşısını almaq üçün “Azərişıq” qabaqlayıcı tədbirlər görür. Hazırda ölkənin heç bir yerində elektrik enerjisi təchizatında problem yoxdur”, - deyə məlumatda bildirilir.

“Azərişıq” abunəçilərdən xahiş edir ki, yaranan hər hansı çətinliklə bağlı 24 saat fəaliyyət 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar.

Məqalədə : "Azərişıq" 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3689

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2713

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2117

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1831
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-03-2020 14:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru