Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Sentyabr

2019
12:28
`Azərenerji` elektrik enerjisi ixracını 2 dəfədən çox artırıb

Ötən ilin avqust ayı ilə müqayisədə 2019-cu ilin avqust ayında elektrik enerjisinin istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb. 

Bunu “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev deyib.

T.Abdullayevin sözlərinə görə, ötən ay 2,14 milyard kVt/s elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin avqust ayı ilə müqayisədə 200 milyon kVt/s və ya 10,5% çoxdur.

Ötən ilin avqust ayı ilə müqayisədə qonşu dövlətlərə elektrik enerjisinin ixracı da dəfələrlə artıb. “Reabilitasiya Proqramı” çərçivəsində elektrik stansiyalarının texniki imkanlarının müəyyən qədər artması qonşu dövlətlərə xüsusi ilə Gürcüstana müqavilə əsasında daha çox elektrik enerjisi ixrac edilməsinə şərait yaradıb. Belə ki, 2018-ci ilin avqust ayında qonşu dövlətlərə 72,2 milyon kVt/s elektrik enerjisi ixrac edildiyi halda, bu ilin avqust ayında 166,3 milyon kVt/s elektrik enerjisi ixrac edilib. Bu da 94,1 milyon kVt/s və ya 2 dəfədən çox artım deməkdir. 

Qeyd edək ki, ixrac edilən 166,3 milyon kVt/s elektrik enerjisinin 158,8 milyon kVt/s Gürcüstana ötürülüb.(report)

Məqalədə : Azərenerji 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15597

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14272

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15691

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15279

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20657

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15169

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15324
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-08-2020 16:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru