Tarix:19-04-2017 16:15
"Azərbaycanda icra başçıları ən mədəniyyətsiz zümrəyə çevrilib"
Şərh yaz
Yasamal rayonunun icra başçısı İbrahim Mehdiyevin jurnalist Fərqanə Novruzovaya qarşı kobudluq etməsi günlərdir social şəbəkərlərdə və mətbuatda müzakirə olunur. 
 
Jurnalistisə bununla bağlı prokurorluğa müraciət edəcəyini açıqlayıb. O, bildirib ki, sənədlər hazırlanır, bu gün, yəni aprelin 19-da Yasamal Rayon Prokurorluğuna şikayət veriləcək"
 
Qeyd edək ki, F. Novruzovanın nümayəndəsi hüquqşünas Samirə Ağayevadır.
 
O da mətbuata açıqlamasında prokurorluğa "jurnalist fəaliyyətinə mane olma maddəsi" əsasında müraciət edəcəklərini bildirib: "Prokurorluqdan xahiş edəcəyik ki, icra başçısı İbrahim Mehdiyev Fərqanə xanıma qarşı olan əməllərinə görə, Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə məsuliyyətə cəlb olunsun, ona cinayət işi açılsın. Hazırda şikayətin hazırlanması ilə məşğulam. Şikayətə əlavə olaraq bir videodisk də əlavə olunacaq və o da şikayətlə birlikdə bu gün göndəriləcək. Şikayətin əlavə məlumatında icra başçısının əməllərini təsdiqedəcək şəxslərin adları da var. Hazırda şikayətin tərtib olunması davam edir”.
 
Xatırladaq ki, aprelin 12-də "Sovetski" sakinləri Mədəniyyət və Turizm Nazirliyinin qorunan abidələr siyahısına salınmış "Hacı Cavad" məscidinin sökülməsinə etiraz olaraq aksiya keçiriblər. Hadisə yerinə gələn Yasamal rayonun icra başçısı İbrahim Mehdiyev ondan açıqlama almaq istəyən jurnalist Fərqanə Novruzovaya qarşı kobudluq edib.
 
Məsələni müzakirə edənlərin əksəriyyəti icra başçısının haqsız olduğunu qeyd etsələr də, jurnalistin onu təhrik etməsi ilə bağlı rəylər səsləndirənlər də az olmayıb.
 
Media ekspertləri və jurnalist təşkilatlarının rəhbərləri isə burada icra başçısı tərəfindən jurnalistə qarşı edilən hərəkəti tənqid ediblər. 
 
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev “Yeni Müsavat”açıqlamasında bildirib ki, burada jurnalist sadəcə öz peşə fəaliyyətini yerinə yetirib: “Bu görüntülərdə icra başçısının kobud davranışı öz əksini tapıb. Lakin onun Fərqanəyə şillə vurması faktı videoda əksini tapmayıb. İcra başçısı onun kamerasını itələyib. Bu yolverilməz hərəkətdir. Dünya təcrübəsində də görürük ki, jurnalist dövlət məmurundan informasiya əldə etmək üçün israrlı davranır. İcra başçısı səlahiyyətli şəxsdir, informasiya verməyə borcludur. İnformasiya vermək istəmədikdə belə, jurnalistlə mədəni şəkildə ünsiyyət quraraq bunu bildirməlidir. Qeyd etməlidir ki, bu haqda açıqlamanı indi deyil, bir qədər sonra verəcək və ya mətbuat konfransında verəcək”.
 
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev qeyd etdi ki, burada jurnalistin heç bir günahı yoxdur: “Azərbaycanda icra başçıları təəssüflər olsun ki, ən mədəniyyətsiz bir zümrəyə çevriliblər. Əhalinin bütün təbəqələrinin, o cümlədən də jurnalistlərin o zümrə ilə ciddi problemləri var. Dəfələrlə bu məsələlər Prezident Administrasiyası səviyyəsində qaldırılıb. Lakin heç bir nəticəsi yoxdur. Tam cəzasızlıq mühiti onlara imkan verir ki, kamera qarşısında da, əhalinin önündə də belə hərəkətlər etsinlər. Biz dəfələrlə icra başçısının hansısa vətəndaşı döyməsini, jurnalistlərə qarşı hörmətsizlik etməsini, aşağılamasını, onlara təzyiq göstərməsini görmüşük. Hələ ki, cəza alan olmayıb, qüsurları ilə artıq gözə girənlər isə vəzifəsindən kənarlaşdırılıb. Bu cür cəzasızlıq mühitində formalaşmış icra başçıları hələ daha pis ola bilərdilər... Bu halda Yasamal rayon icra başçısını məhkəməyə vermək olar. Mən hesab edirəm ki, ümumiyyətlə belə halları məhkəmədə hallandırmaq lazımdır, kənarda qoymaq olmaz. Həmin şəxs və ya onun təmsil etdiyi KİV öz hüquqlarını bərpa etməyə çalışmalıdır. Amma bütövlükdə bur prosesi qiymətləndirmək istəyirəm ki, tamamilə lazımsız olan icra hakimiyyəti institutunu ləğv etmək lazımdır. Normal ölkələrdə belə strukturlar, belə vəzifələr yoxdur. Bu əlavə vəsait yığmaq üçün, hansısa dairələri qorxuda saxlamaq üçün yaradılmış zümrələrdir. Nə iqtisadi, nə də kənd təsərrüfatı baxımından rayonlarda heç bir rola malik olmayan qurumdur. Yalnız inzibati rolu var ki, əhalini qorxutmağa, itaətdə saxlamağa yarayır. Başqa heç bir rol oynamırlar. Haradasa Təhsil Nazirliyinin funksiyasını yerinə yetirirlər, haradasa Səhiyyə Nazirliyinin funksiyasını yerinə yetirirlər, ancaq özlərinin heç bir spesifik rola və ya vəzifəyə malik deyillər. Mən bütövlükdə bu baxımdan qiymətləndirmək istəyirəm ki, bu cəzasızlıq mühiti cəmiyyətin dəyərlərini sarsıdır. Jurnalistlərin heç bir əsas olmadan məhkəmələrdən çıxarılmasının da şahidi olmuşuq. Digər strukturlarda da belə hallara rast gəlmişik”.
 
Arif Əliyev vurğuladı ki, jurnalist sərt sual versə də, hətta təhrik etsə də, icra başçısı kimi yüksək vəzifə nümayəndəsi heç bir şəxslə bu cür davrana bilməz: “Onun belə bir hüququ yoxdur. O, hakimiyyət nümayəndəsidir. Əgər kimsə hakimiyyətə qarşı haqsızlıq edirsə, bu o demək deyil ki, o, çomağını götürüb vətəndaşı vurmalıdır. Jurnalistə əl qaldırmaq, onun informasiya əldə etmək hüququnun qarşısını almaq faktiki olaraq qanundan kənar əməllərdir. Nə qədər ki cəzasızlıq mühiti var, onlar bu əməllərini davam etdirəcəklər. Çünki nə təhsil , nə də mədəniyyət baxımından onlar elə bir ciddi səviyyəsi olmayan şəxslərdir”.
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : Ş.
Teqlər :
"Azərbaycanda - icra - başçıları - ən - mədəniyyətsiz - zümrəyə - çevrilib" -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:19-04-2017 16:15 - Oxundu: 386
Münasibət
28-04-2017 11:41 Yaz bahalaşması başladı
28-04-2017 10:05 Uşaqlara peyvənd lazımdırmı? - Ölkədə peyvənd həftəsi başladılıb
27-04-2017 14:27 Hər 9 adama 2 avtomobil düşür - Nəqliyyat eksperti
27-04-2017 13:31 Deputat: “Bəzi kafe və restoranlarda sulu qəlyana narkotik qatırlar”
27-04-2017 10:45 Kafelərdə qəlyan, siqaret tüstüsündən nəfəs almaq olmur - Millət vəkili
26-04-2017 16:51 Deputat 40 gün, 40 gecəlik toyların tarixinə toxunub
25-04-2017 17:18 Zahid Oruc: Prezident Administrasiyası ləğv edilmir
25-04-2017 17:06 “Nağdsız hesablaşmalar haqqında” qanun düzgün tətbiq olunmur
25-04-2017 10:54 "Ana və uşaq ölümünün səviyyəsi aşağı düşüb"
24-04-2017 15:59 "Ev əşyalarının vətəndaşdan alınması ağır nəticələrə səbəb olacaq"
24-04-2017 09:48 İŞİD mövqelərini ard-arda itirir, sıraları da seyrəlir - Politoloq
22-04-2017 15:11 Yollardakı sarı zolaqlarda hərəkətin qadağan olunacağı vaxt açıqlanıb
20-04-2017 18:18 Mübariz Qurbanlı: “Yeni məscid tikilsə adı “Hacı Cavad” olacaq”
20-04-2017 09:22 Taksilərə vahid tarif kimə sərfəlidir?
19-04-2017 16:15 "Azərbaycanda icra başçıları ən mədəniyyətsiz zümrəyə çevrilib"
19-04-2017 09:45 "NAZ-lifan"da istehsal dayandı
18-04-2017 14:23 Hüquq müdafiəçisi ilə rəsmi şəxsin qaz mübahisəsi: "Bu absurd fikirdir"
18-04-2017 12:19 "Elə bilirsiz ki, Avropa ölkələrində..." - Əli Hüseynli
17-04-2017 15:12 "Hacı Cavad məscidi ilə bağlı müxtəlif təkliflər var"
14-04-2017 14:05 "İşıq, qaz pulunu artırmaqla büdcəyə pul qazandıra bilməyəcəyik"
13-04-2017 11:05 Şəhid ailələri, Milli Qəhrəmanların övladları... - Sosial mənzil şansı...
12-04-2017 14:11 Dini Komitə və Mədəniyyət Nazirliyi məscidlərin sökülməsinə aydınlıq gətirib
12-04-2017 11:35 Millət vəkili dolların ucuzlaşmasından danışdı
08-04-2017 12:09 Əli Əhmədov: "Bəzi sahibkarlar vicdan hisslərini itiriblər"
07-04-2017 17:50 Dini kəsim Milli Şuranın sabahkı aksiyasına münasibət bildirdi
06-04-2017 11:07 "Məmurlarımızın xaricdə müalicə almaq istəyi..."
05-04-2017 17:13 Yol polisi "saxla" əmrinə tabe olmayan sürücüyə qarşı silah istifadə edə bilərmi? – RƏSMİ CAVAB
05-04-2017 14:18 Kardioloq: “Yeniyetmələr üçün enerji içkiləri böyük təhlükə mənbəyidir”
05-04-2017 10:36 "Məzənnə sabitliyinin uzunmüddətli və dayanıqlı olacağını düşünmürəm
04-04-2017 11:05 "2017-ci ildə mənzil bazarında qiymət artımı gözlənilmir"
31-03-2017 14:40 Mirvari Qəhrəmanlı: “Ancaq köməkçi işlərdə, açıq havada işləyənlər təxliyə olunub”
29-03-2017 14:22 Eldar Namazov AXC liderlərinin KQB ilə əməkdaşlıq etdiyini bildirib
29-03-2017 10:19 Rusiyadakı mitinqlərdən həvəslənib aksiyalar təşkil etmək...
28-03-2017 10:36 Bayram bitsə də, bazarlarda bahalaşma bitmək bilmir
27-03-2017 17:02 Azərbaycanda elmi jurnalistika niyə yoxdur?
27-03-2017 15:54 Dollar yenidən qalxacaq - Millət Vəkili
27-03-2017 14:13 "Düşməni öyrənmək, atdıqları addımların məntiqini hesablamaq lazımdır"
24-03-2017 11:26 Nazir: “Azərbaycanlı tələbələr mütləq gürcü dilini bilməlidir”
22-03-2017 09:26 "Nə vaxtsa görmüsünüzmü ki, cənab prezident əfv sərəncamı versin..."
21-03-2017 14:18 İqtisadçı ekspert Novruz bayramı ərəfəsində qiymətlərin qalxmasını...
16-03-2017 14:21 Marketlərə gedib qiymətlərlə maraqlanmışam - Əli Əhmədov
14-03-2017 09:45 "Azərbaycana kreditlərin verilməsi tamamilə dayandırıla bilər"
13-03-2017 14:59 Deputat pensiyalarla bağlı dəyişiklikləri şərh edib
13-03-2017 09:28 Mənim pensiyam neçə manat olacaq?
11-03-2017 11:07 Əfv siyahısında 20 tanınmış məhbusun adı var
09-03-2017 14:36 Nəqliyat eksperti sürücüləri günahlandırdı: Onların insanlıq...
07-03-2017 15:20 "Azəriqaz” İstehsalat Birliyinin özəlləşməsinin vaxtı çatıb"
06-03-2017 14:43 "Narkotikdən gələn gəliri əldən vermək istəmirlər" - Millət vəkili
06-03-2017 14:19 "Neqodnı"lara pis xəbər - Hərbi xidmətə çağırıla bilərlər
06-03-2017 14:13 Elmar Məmmədyarov BƏƏ-nin "Əl-Fəcr" qəzetinə müsahibə verib
06-03-2017 09:47 Neft hansı həddədək bahalaşacaq - 2017-ci ilin proqnozu
04-03-2017 11:40 Novruz Məmmədov: Ermənistan rəhbərliyinin hansısa məqsədi var
04-03-2017 10:40 Bəli, səhv etmişik, yanlışa yol vermişik - “Azəravtoyol”un sədri
03-03-2017 22:37 İpoteka Fondu səmərəli işləyə bilirmi?
02-03-2017 10:29 Tanınmış iqtisadçılar pensiya yaşının artırılmasını tənqid etdilər
01-03-2017 22:05 Pensiya yaşının artırılması sosial gərginliyi artıracaq - ekspert
01-03-2017 14:14 "Çoxu o vəzifələri elə rüşvət hesabına tutublar"
28-02-2017 15:22 Hüqüqşünas yol polisini İTTİHAM etdi: Qanunla bela rəftar etmək olmaz
28-02-2017 13:04 “Aprel müharibəsinin bütün təfərrüatları bu günədək üzə çıxmayıb”
27-02-2017 09:53 6 ay başa çatır

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Bu qurum İqtisadiyyat nazirliyinə verildi- QƏRAR
29-04-2017 10:42
Qətər əmiri 4 milyona aldığı ata "Ərdoğan" adını qoydu
29-04-2017 11:50
"Sovetski"də söküləcək evlərin sayı açıqlanıb
29-04-2017 10:47
İnsanlar ən çox hansı ayda boşanıblar?- Azərbaycanda
29-04-2017 10:41
"Sən bu murdar əti öz doğma bacı-qardaşına satırsan, axı" – Deputat sərt DANIŞDI
29-04-2017 10:58
İran prezidentliyinə namizədlər platformalarını açıqladı
29-04-2017 10:35
Nobel prospektində yeraltı piyada keçid istifadəyə verilib - VİDEO
29-04-2017 10:10
Ali məktəblərdə maliyyələşmənin YENİ QAYDALARI
29-04-2017 11:06
Bazar gününə olan hava proqnozu açıqlanıb
29-04-2017 12:38
Bakıda xüsusi təhlükəsizlik tədbirləri keçirilib
29-04-2017 12:36
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az