Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyul

2019
10:37
`Şamaxinka`dan istifadə edənlərin saatlarla tıxacda qalmaq təhlükəsi var - VİDEO

Sürücülər diqqətli olun ki, saatlarla tıxacda qalmayasınız. Bakı-Sumqayıt yolunun ''Şamaxinka'' kimi tanınan ərazisində qaz xəttinin dəyişdirilməsi ilə əlaqədar yolda 15-20 gün müddətində hərəkət məhdudulaşdırılacaq.

49 il əvvəl istifadəyə verilən qaz xətti dəyişdirilir.

Söhbət Bakı-Sumqayıt yolunun köməkçi hissəsi, ''Şamaxinka'' kimi tanınan ərazidəki yeraltı qaz kəmərindən gedir. Əraziyə xeyli sayda texnika və işçi heyət cəlb olunub. İşlər təxminən kəmərin 700-800 metrlik sızıntı olan hissəsində aparılacaq.

''Azəriqaz'' İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərovun sözlərinə görə, diametri 530 millimetr olan orta təzyiqli 2 ədəd yeraltı qaz kəmərinin sürüşmə zonasında yerləşməsi nəzərə alınaraq istismara yararsız hissəsinin əsaslı təmir olunmasına zərurət yaranıb.

Bu böyük həcmli təmir işindən sonra Yasamal, Nəsimi və Binəqədi rayonlarında yaşayan ümumilikdə 108 min istehlakçının qaz təchizatı xeyli yaxşılaşacaq. "Azəriqaz" İB-nin əməkdaşları qeyri-iş günlərində də təmir-tikintiyə cəlb olunacaqlar ki, iş tez yekunlaşsın.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərovun sözlərinə görə, işlərin 15-20 günə yekunlaşması planlaşdırılır. Bu müddət ərzində isə həmin yolda nəqliyyat vasitələrinin hərəkətində məhduduiyyətlər olacaq.

Məqalədə : Şamaxinka tıxac 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 9-na manatın məzənnəsi

06

Dekabr
17:24
İQTİSADİYYAT
161

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
261

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
235

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
513
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 18:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru